Prokurorluq orqanlarına məxsus nəqliyyat vasitələrinin operativ kateqoriyaya daxil edilməsi təsdiqlənib.
BUTA.TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Yol hərəkəti haqqında" qanuna dəyişikliyi imzalayıb.
Dəyişikliyə əsasən, prokurorluq orqanlarına məxsus olan və kriminalistik avadanlıqlarla təmin edilərək hadisə yerində təxirəsalınmaz prosessual hərəkətlərin yerinə yetirilməsi, növbətçi əməkdaşların hadisə yerinə çatdırılması və ya təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün nəzərdə tutulan nəqliyyat vasitələri də operativ nəqliyyat vasitəsi hesab ediləcək.
- Xızının Fındığan kəndi içməli su ilə təmin olundu - Foto
- Abşeron dairəvi dəmir yolunda stansiyaların sayı 40-a çatdırılacaq
- Komitədə Heydər Əliyevə həsr olunmuş tədbir keçirildi
- İqtisadi Şuranın iclası: Əsədov tapşırıqlar verdi - Foto
- Prezident sərəncamı: Onlara birdəfəlik yardım ödənildi
- Bu qurumun maşınları da operativ nəqliyyat sayılacaq
- 8 nəfər maksimum bal yığdı, 3 nəfər xaric olundu...
- Prezident fərman imzaladı