İndi faktiki olaraq Ermənistanla Azərbaycan arasında birbaşa təmaslar az-çox aktivdir.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. “Çalışmaq üçün işlək kanallar var, xüsusən də mənim aparatımla Azərbaycan prezidentinin aparatı arasında. Birgə bəyanatı məhz o kanallar vasitəsilə qəbul etmişik. Əlbəttə, mövzu sülh müqaviləsinin mətni üzərində işdir. Bizə göndərirlər, üzərində işləyirik, yenidən göndəririk.
İndi iş o yerə çatıb ki, biz Azərbaycandan, Azərbaycan da bizdən qarşılıqlı olaraq əlavə təminatlar istəyirik ki, bir-birimizdən gizlədilmiş ərazi tələblərimiz və ambisiyalarımız yoxdur, çünki diplomatik mətnlərdə alt qeydlər və sair olur. Hesab edirəm ki, bu vəziyyətə bir iş prosesi kimi baxmalıyıq və bu suallara cavab verilənə qədər davam etməliyik”, - baş nazir bildirib.
- “BakuBus” və “Bakı Taksi” ləğv edildi, sonra? - “Amma tıxac problemi var”
- 2 milyon manatdan imtina edən Qurban Qurbanovun biznes imperiyası: Nələri var?
- Oteldə yanğın oldu - Video
- Zelenskinin İrəvana səfər etməsi... - Köçəryan
- Məktəblilər arasında dava: valideyn bıçaqlandı
- DYP-dən sürücülərə çağırış
- Bu ərazilərə qar yağdı
- 25 yaşlı gənc iş yerində öldü