Suyu axmayan, bərbad nəqliyyatı olan, çirkli küçələri, insan ömrünün tükəndiyi tıxaclar, bir sözlə bərbad bir İstanbulun fotosu bizi kədərləndirməklə yanaşı, üzərimizə götürdüyümüz məsuliyyəti də xatırlatdı.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Vaxtı ilə bu görüntüləri bitirmək üçün bütün resurslarımızı səfərbər etdik. Bəhanələrin arxasında gizlənməkdənsə, istanbulluların problemlərinin həllinə diqqət yetirdik. Allaha şükürlər olsun ki, biz qısa müddətdə demək olar ki, bütün əsas problemləri həll etdik. Təəssüf ki, son 5 ildə İstanbul yenidən o baxımsızlıqlara məruz qalıb. Beş il kimi qısa bir vaxt demək olar ki, bir əsrin 1/4 kimi gəldi”, - Ərdoğan bildirib.
Ölkə başçısı eyni zamanda qeyd edib ki, indi İstanbulu idarə edənlər Murad Kurumun zəlzələ başda olmaqla, həyati əhəmiyyətli layihələrini lazımınca qiymətləndirmirlər:
“Onların ətraf mühitdən anladıqları şəhəri yandırıb dağıdanları qorumaqdır”.
Qeyd edək ki, Türkiyədə keçiriləcək bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf Partiyasından (AKP) İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizəd deputat, sabiq ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murad Kurumdur.
- “BakuBus” və “Bakı Taksi” ləğv edildi, sonra? - “Amma tıxac problemi var”
- 2 milyon manatdan imtina edən Qurban Qurbanovun biznes imperiyası: Nələri var?
- Oteldə yanğın oldu - Video
- Zelenskinin İrəvana səfər etməsi... - Köçəryan
- Məktəblilər arasında dava: valideyn bıçaqlandı
- DYP-dən sürücülərə çağırış
- Bu ərazilərə qar yağdı
- 25 yaşlı gənc iş yerində öldü