Yəmənin “Ənsar Allah” hərəkatının yaraqlıları Ədən körfəzində Yunanıstana məxsus “Zografia” yük gəmisini raketlə vurublar.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, bu barədə yerli mediada xəbər verilib və hadisənin baş verdiyi anın görüntüləri yayılıb.
Bildirilir ki, hücum yanvarın 16-da həyata keçirilsə də, kadrlar bu gün paylaşılıb.
Yük gəmisi Malta bayrağı altında hərəkət edib. Hücum nəticəsində heyət arasında xəsarət alan olmayıb, gəmiyə dəyən zərər barədə məlumat verilmir.
Qeyd edək ki, İrana bağlı olan husilər xüsusən HƏMAS-ın İsrailə hücuma başlamasından sonra mütəmadi olaraq Qırmızı dənizdə ticarət gəmilərinə hücum edirlər. Bunun qarşısını almaq üçün gəmi sahibləri qeyri-adi üsula əl atmaq məcburiyyətində qalıblar. Belə ki, kapitanlar gəmilərin hərəkətini izləmək üçün elektron platformalarda İsraillə əlaqəli olmadıqlarını qeyd edirlər.
- Sabah 28 dərəcə isti olacaq
- “BakuBus” və “Bakı Taksi” ləğv edildi, sonra? - “Amma tıxac problemi var”
- 2 milyon manatdan imtina edən Qurban Qurbanovun biznes imperiyası: Nələri var?
- Oteldə yanğın oldu - Video
- Zelenskinin İrəvana səfər etməsi... - Köçəryan
- Məktəblilər arasında dava: valideyn bıçaqlandı
- DYP-dən sürücülərə çağırış
- Bu ərazilərə qar yağdı