Ötən il yayımçılara 6 dəfə xəbərdarlıq olunub, 4 dəfə yayım dayandırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Audiovizual Şurasının hesabatında bildirilib.
Qeyd olunub ki, yerüstü televiziya və radio kanallarının (açıq yayım) proqramları daimi əsasda, regional yerüstü yayımçıların, habelə platforma yayımçılarının proqramlarının monitorinqləri şikayət əsasında və vaxtaşırı olaraq həyata keçirilib.
Aparılmış monitorinqlər nəticəsində audiovizual yayımçıların həm televiziya, həm radio redaksiyalarının efirində ümumi olaraq 297 pozuntu faktı qeydə alınıb. Həmin pozuntuların çox bir hissəsi (287 fakt) texniki səbəbdən olduğundan yayımçılara zəruri bildirişlər verilmiş və pozuntuların aradan qaldırılması təmin olunub.
Bir sıra pozuntulara görə yayımçılara il ərzində 6 dəfə xəbərdarlıq elan olunub və mediada dərc olunub. Pozuntular səbəbi il ərzində 4 dəfə yayımın dayandırılması sanksiyası tətbiq olunub.
- ADSEA əməkdaşları Heydər zirvəsinə yürüş etdilər - Foto
- Lökbatanda 57 yaşlı kişi faciəvi şəkildə öldü
- Sabah 28 dərəcə isti olacaq
- “BakuBus” və “Bakı Taksi” ləğv edildi, sonra? - “Amma tıxac problemi var”
- 2 milyon manatdan imtina edən Qurban Qurbanovun biznes imperiyası: Nələri var?
- Oteldə yanğın oldu - Video
- Zelenskinin İrəvana səfər etməsi... - Köçəryan
- Məktəblilər arasında dava: valideyn bıçaqlandı