"Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı" hazırlanarkən dayanıqlı inkişaf prinsipləri əsas götürülüb. Paytaxtın bir sıra ərazilərində mərtəbə sayı beşdən artıq olan binaların tikintisinə icazə verilməməsi də həmin prinsipin tərkib hissəsidir.
BUTA.TV xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov bildirib.
Onun sözlərinə görə, həmin ərazilər xüsusi mühafizə olunan zona adlandırılacaq.
“Bu, 425 hektar ərazini əhatə edir. Binalar üçün mərtəbələrin məhdudiyyəti məhz bu zonada nəzərdə tutulub. Bura şəhərin tarixən formalaşmış hissəsidir. Planlaşdırma strukturunu qoruyub saxlamağı düşünürük. Burada müdaxilələrin minimuma endirilməsini və mərtəbələrin də hündürlüyünün məhdudiyyətini qarşımıza məqsəd qoymuşuq. Baş plana əsasən, paytaxtda binaların mərtəbələrinin sayı şəhərin sıxlığına uyğun təyin olunacaq. Şəhərin inkişaf əraziləri yüksək sıxlıqlı, orta sıxlıqlı, az və seyrək sıxlıqlı ərazilərə bölünüb. Yüksək sıxlıqlı ərazilər 9 mərtəbə və ondan yuxarı ərazilər, orta sıxlıqlı ərazilər 5-8 mərtəbə, az sıxlıqlı 3-4 mərtəbəli, seyrək sıxlıqlı ərazilər isə daha çox fərdi yaşayış evlərinin olduğu ərazilərdir”, - deyə İlqar İsbatov əlavə edib.
- Azərbaycanda zəlzələ oldu
- Əli Kərimlinin atası vəfat etdi
- Özünü vəkil kimi təqdim edən şəxs həbs edildi - Foto
- ADSEA əməkdaşları Heydər zirvəsinə yürüş etdilər - Foto
- Lökbatanda 57 yaşlı kişi faciəvi şəkildə öldü
- Sabah 28 dərəcə isti olacaq
- “BakuBus” və “Bakı Taksi” ləğv edildi, sonra? - “Amma tıxac problemi var”
- 2 milyon manatdan imtina edən Qurban Qurbanovun biznes imperiyası: Nələri var?