Türkiyənin bir neçə bankının Rusiya ilə bağlı ödənişləri qəbul etməkdən imtina etməsi ilə bağlı danışıqlar aparılır.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın Ankaradakı diplomatik missiyanın rəhbəri Aleksey Yerxov məlumat verib.
"Səfirlik və ticarət missiyası Türkiyənin bir sıra banklarının Rusiyanın biznes qurumlarının maraqları naminə ödəniş etməkdən imtina etməsi ilə əlaqədar Türkiyənin səlahiyyətli orqanları ilə intensiv əlaqə saxlayır", - səfir söyləyib.
Səfir türk ixracatçılarını və onların rusiyalı tərəfdaşlarını qane edəcək həll yolu tapacaqlarına ümid etdiklərini vurğulayıb.
Qeyd edək ki, türk bankları Rusiya bankları ilə işləməkdən imtina etməyə başlayıb.
Vəziyyət ABŞ Prezidenti Baydenin dekabrın 22-də Ukraynadakı müharibədə Rusiyaya yardım edən xarici şirkətlərə qarşı ikinci dərəcəli sanksiyalar haqqında fərman verməsindən sonra kəskin şəkildə pisləşib. Fərman Vaşinqtona Rusiyaya qarşı sanksiyaları pozduqlarına görə xarici bankları Amerika maliyyə sistemindən ayırmağa imkan verir.
- Azərbaycanda dünyanın heç bir yerində olmayan biabırçılıq...
- Göygöldə avtomobillər toqquşdu: iki qardaş yaralandı
- Azərbaycanda zəlzələ oldu
- Əli Kərimlinin atası vəfat etdi
- Özünü vəkil kimi təqdim edən şəxs həbs edildi - Foto
- ADSEA əməkdaşları Heydər zirvəsinə yürüş etdilər - Foto
- Lökbatanda 57 yaşlı kişi faciəvi şəkildə öldü
- Sabah 28 dərəcə isti olacaq