Razini döyən keşmiş sevgilisi: Həbsim sifarişdir

17:24 - 17 Yanvar 2024 - KRİMİNAL

 Razini döyən keşmiş sevgilisi: Həbsim sifarişdir

Model Raziyyat (Razi) Əliyevaya qarşı zorakılıqda ittiham olunan Ziya Hüseynzadənin barəsində cinayət işi üzrə məhkəmə keçirilib.

BUTA.TV Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin nünayəndəsi prosesin qapalı keçirilməsi barədə verdiyi vəsatət müzakirə edilib .

Hakim deyib ki, vəsatət qismən təmin edilib və prosesin qismən qapalı keşirilməsi barədə qərar qəbul edilib. Bildirilib ki, şəxsi həyat və peşə fəaliyyəti ilə bağlı sirr təşkil edilən hissələrdə məhkəmə qapalı keçiriləcək.

Prokuror Cövdət Mehrəliyev bildirib ki, cinayət işinin ibtidai araşdırılması zamanı qanun pozuntusuna yol verilməyib. O, işin məhkəmə baxışına verilməsini istəyib.

Bu xəbər hal-hazırda çox oxunur
Daha 7 şəhidimiz dəfn olunacaq - Foto

Təqsirləndirilən şəxsin, həmçinin zərərçəkmiş şəxsin vəkilləri də işin məhkəmə baxışına verilməsinə etiraz etməyiblər.

Təqsirləndirlilən Ziya Hüseynzadə cinayət işini məhkəmə baxışına verilməsinə etiraz etməyib. Bildirib ki, həbsinin sifarişi olmasını sübut edən sənədləri məhkəməyə təqdim edəcək. O bildirib ki, bu halların məhkəmə baxışında obyektiv araşdırılmasına inanır.

Daha sonra hakimlər müşavirəyə yollanıb. Müşavirədən qayıdan hakim heyəti hazırlıq iclasının qərarını elan ediblər.

Məhkəmə baxışı yanvarın 22-ə təyin edilib.

Qeyd edək ki, model Raziyyat (Razi) Əliyevanın üzərindəki xəsarətlərlə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılarkən həmin hadisənin mayın 26-da baş verdiyi müəyyənləşdirilib.

İddia olunub ki, Ziya Hüseynzadə Razi Əliyevanın Lökbatan qəsəbəsində anasına məxsus mənzilində nalayiq ifadələr səsləndirib, zor tətbiq edərək, giriş qapısını zədələyib.

2017-ci ildə Azərbaycan gözəli seçilmiş model Razi Əliyeva iddia edir ki, sevgilisi olmuş Ziya Hüseynzadə ona və ailəsinə qarşı zorakı hərəkətlər edib, onların ünvanına təhqir və təhdid xarakterli ifadələr səsləndirib.
Ziya Hüseynzadə Cinayət Məcəlləsinin 133 (əzab vermə), 177.3 (oğurluq – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə), 182.3.2 (hədə-qorxu yolu ilə tələb etmə), 186 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 221.1 (xuliqanlıq) və başqa maddələrilə ittiham olunur.

Ziya Hüseynzadə keçmiş Baş nazir Novruz Məmmədovun qohumu olduğun iddia edilir

Ziya Hüseynzadənin cinayət işi üzrə zərərçəkmiş qismində Raziyyat Əliyeva, Xadijat Əliyeva, Gülnar İsayeva zərərçəkmiş qismində tanınıblar.

Xatırladaq ki, Ziya Hüseynzadə biznes fəaliyyəti ilə məşğul olub. O, “PKF Audit Azerbaijan” MMC-yə rəhbərlik edir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol