Azərbaycanda axtarışda olan və İrana sığınan "Hüseyniyyun" qruplaşmasının üzvləri bəyanat yayaraq, SEPAH-ın qonşu ölkələrə raket hücumlarına dəstək veriblər.
BUTA.TV xəbər verir ki, bu barədə SEPAH-a yaxın media məlumat yayıb.
Qruplaşma raket və PUA hücumlarını dəstəkləyib, bunu ötən ilin dekabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra başlayan yeni mərhələ adlandırıb.
Bəyanatda "sionizmin tezliklə yer üzündən silinəcəyi və Qüdsün azad ediləcəyi" qeyd edilib.
Qeyd edək ki, SEPAH-ın İraqın şimalı və Pakistanla sərhəddə yerləşən bölgələrə endirdiyi raket zərbələri nəticəsində 3-ü azyaşlı olmaqla, 7 nəfər ölüb.
- Azərbaycanda dünyanın heç bir yerində olmayan biabırçılıq...
- Göygöldə avtomobillər toqquşdu: iki qardaş yaralandı
- Azərbaycanda zəlzələ oldu
- Əli Kərimlinin atası vəfat etdi
- Özünü vəkil kimi təqdim edən şəxs həbs edildi - Foto
- ADSEA əməkdaşları Heydər zirvəsinə yürüş etdilər - Foto
- Lökbatanda 57 yaşlı kişi faciəvi şəkildə öldü
- Sabah 28 dərəcə isti olacaq