Ukrayna rəsmiləri doğru qərar vermiş olsaydı, hər şey çoxdan bitmiş olardı.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
“Onlar danışıqlardan imtina etdilər! Amma sizə xatırlatım ki, İstanbulda biz hər şeyi razılaşdırdıq, bunu sizə deyirəm, bələdiyyə başçıları, bütün vətəndaşlar bunu bilməlidir, amma siz birbaşa insanlarla işləyirsiniz. Biz hər şeyi razılaşdırdıq. Üstəlik, Ukrayna tərəfinin danışıqlar qrupunun rəhbəri də buna öz imzasını da qoydu. İmza ordadır, bizdə sənəd var. Bizə dedilər: Bir növ imza lazımdır. Rusiyanın həqiqətən də bu məsələləri sülh yolu ilə həll etmək niyyətində olduğunu bildirməli, qoşunları Kiyevdən çıxarmalıdır, çıxartdıq. Bir gün sonra bütün razılaşmaları zibil qutusuna atdılar", - deyə Putin bildirib.
- Azərbaycanda dünyanın heç bir yerində olmayan biabırçılıq...
- Göygöldə avtomobillər toqquşdu: iki qardaş yaralandı
- Azərbaycanda zəlzələ oldu
- Əli Kərimlinin atası vəfat etdi
- Özünü vəkil kimi təqdim edən şəxs həbs edildi - Foto
- Lökbatanda 57 yaşlı kişi faciəvi şəkildə öldü
- Sabah 28 dərəcə isti olacaq
- “BakuBus” və “Bakı Taksi” ləğv edildi, sonra? - “Amma tıxac problemi var”