Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tütün məmulatlarından istifadə qaydalarını pozan şəxslərə qarşı profilaktiki tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan BUTA.TV-a verilən məlumata görə, rayon ərazisində yerləşən kafe, restoran və digər iaşə obyektlərində keçirilən tədbirlər zamanı qapalı məkanlarda siqaret çəkən, eləcə də tütün məmulatı tullantılarını ətrafa atan şəxslər aşkar olunub. Həmin şəxslərlə profilaktiki söhbətlər aparılıb və qanunvericiliyin tələbləri onlara izah edilib.
Son bir həftə ərzində Biləsuvar rayonu ərazisində keçirilən tədbirlər nəticəsində qeyd olunan inzibati xətaya yol verən, ümumilikdə, 28 nəfər barəsində protokol tərtib olunub.
- Azərbaycanda dünyanın heç bir yerində olmayan biabırçılıq...
- Göygöldə avtomobillər toqquşdu: iki qardaş yaralandı
- Azərbaycanda zəlzələ oldu
- Əli Kərimlinin atası vəfat etdi
- Özünü vəkil kimi təqdim edən şəxs həbs edildi - Foto
- Lökbatanda 57 yaşlı kişi faciəvi şəkildə öldü
- Sabah 28 dərəcə isti olacaq
- “BakuBus” və “Bakı Taksi” ləğv edildi, sonra? - “Amma tıxac problemi var”