Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planına əsasən, paytaxtda tramvay bəzi küçələrdə alternativ nəqliyyat növü kimi istifadəyə verilə bilər. Bununla bağlı təkliflər var.
BUTA.TV xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.
"Baş planda ictimai nəqliyyata çox böyük önəm verilib. Bu istiqamatdə ciddi araşdırma aparılıb. İlk növbədə metronun inkişafı davam etdiriləcək, 2040-cı ilə qədər metro stansiyalarının sayının 46 -ya çatdırılması planlaşdırılır. Əlavə 20 stansiya tikilməlidir. Bu da çox böyük irəliləyişdir. Yerüstü nəqliyyat bu gün avtobusdur. Avtobusların hərəkəti asanlaşdırılır. Avtobus zolaqları yaradılır, tədricən bu, bütün şəhəri əhatə edəcək. Küçələr təyin edilib. Tramvay isə avtobusa alternativ yeni bir nəqliyyat növü olmalıdır. Nəqliyyat siyasətinə cavabdeh qurumlar qərarını verəcək. Baş plan bu infrastrukturun qurulmasını nəzərdə tutur", - deyə o qeyd edib.
- Azərbaycanda bu sular bahalaşdı - Foto
- Azərbaycanda dünyanın heç bir yerində olmayan biabırçılıq...
- Göygöldə avtomobillər toqquşdu: iki qardaş yaralandı
- Azərbaycanda zəlzələ oldu
- Əli Kərimlinin atası vəfat etdi
- Özünü vəkil kimi təqdim edən şəxs həbs edildi - Foto
- Lökbatanda 57 yaşlı kişi faciəvi şəkildə öldü
- Sabah 28 dərəcə isti olacaq