2020-ci ilin avqustunda öldürülən Lotu Qulinin (Nadir Səlifov) tərəfdarlarından sayılan, vaxtaşırı Tiktok sosial şəbəkəsində mərhum Rövşən Lənkəranskinin yaxınlarının ünvanına ağır ifadələr işlədən kriminal avtoritet Yetim Sabir saxlanılıb.
BUTA.TV-ın əldə etdiyi məlumata görə, Gürcüstanda saxlanılan Yetim Sabirin hazırda Azərbaycana ekstradisiya edildiyi bildirilir. Qeyd edək ki, Yetim Sabirin 5 il öncə Şəmkirdə bıçaqlanması ilə bağlı məlumatlar yayılmışdı. Onun Gəncəli Firdovsi kimi tanınan Firdovsi Mustafayevlə ciddi mübahisəsinin olduğu bildirilirdi. Həmin mübahisəni əks etdirən telefon danışığı kriminal dairələrə yaxınlığı ilə seçilən internet resurslarında yayımlanmışdı.
Telefon danışığı zamanı Gəncəli Firdovsi ilə Yetim Sabir arasında həbsxanada vəziyyətə nəzarət etmək üstündə mübahisə yaranır. Firdovsi cəza çəkdiyi müəssisədə nəzarətin ona məxsus olduğunu bildirsə də, Yetim Sabir etiraz edərək, həmin yerin Nadir Səlifov (Lotu Quli) və Yusif Əliyev (Yuska Şamxorski) tərəfindən ona həvalə edildiyini deyir. Cavabında Gəncəli Firdovsinin Qulini “oğru” kimi tanımadığını deməsi Yetim Sabirin etiraz ilə qarşılanır və sonuncu Qulini "qanuni oğru" kimi tanınmayanları təhqir edir. Gəncəli Firdovsi isə öz növbəsində bu sözə görə Yetim Sabirin cavab verməli olacağını söyləyir.
Bunun ardınca isə Yetim Sabirin başına 250 min mükafat qoyulduğu haqda məlumat yayılmışdı. Daha sonra isə Yetim Sabirin bıçaqlanması məhz kriminal qruplaşmaların növbəti hesablaşması kimi qəbul olunmuşdu.
- Emin Ağalarovun ev bağışladığı qazi nələr danışdı? - Video
- Bakıda iki nəfərin ölümü: qatarın işığı yanmayıb? - Video
- 300-dən çox məscid, 500-ə yaxın qəbristanlıq məhv edilib - QAİ
- Ölkədə unun yeni qiyməti bəlli oldu - Siyahı
- "Sahil" metrosu qarşısındakı izdihamla bağlı rəsmi açıqlama
- Badamdarda uçqun təhlükəsi aradan qaldırıldı
- "Sahil" metrosu qarşısında böyük izdiham - Foto
- Ölkədə milli standartlaşdırma ilə bağlı yeni proqram