“Qar çox gözəl şeydir, havanı dəyişir, mikrobları öldürür. Amma Bakı üçün bu qar fəlakətdir. Dünən qohumlarımdan biri yıxılıb, əzilib. Vəzifəyə gələn merlərin hamısı bilmədirlər ki, Bakını qışa hazırlamaq lazımdır. Qar yağacaq, ya yağmayacaq, bunun fərqi yoxdur. Sən hazır olmalısan.
Başqa bir qohumum da deyir ki, qaz azalıb, soyuqdur. Hamısından şəhərin meri xəbərdar olmalıdır, əvvəlcədən düşünməlidirlər. Hətta sosial şəbəkədə yazdım ki, gəlin Bakını sevən, onu yaxşı tanıyan istedadlı bir adam tapaq, hamımız yığışaq, Prezident Administrasiyasına təklif verək ki, onu mer təyin etsinlər. Doğrudan da, Bakı meri elə insan olmalıdır ki, kanalizasiyasından tutmuş şəhərin hər şeyini bilsin”.
“BUTA TV” xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
“Meri özümüz axtaraq, Bakı sakinləri axtarsınlar. Hər dəfə elə insanı mer vəzifəsinə gətirirlər ki…
Düzdür, Bakı təmizdir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təmizliyi çox gözəl qoruyub-saxladı. İllərdir, Bakıya gələnlər həsəd aparırlar ki, belə təmiz şəhər görməmişik. Amma digər işləri də görmək lazımdır axı.
Baxın, şəhərdə ev evin üstündə tikilib. Şəhərin planı elə idi ki, əvvəllər külək çox olurdu. Heç vaxt Bakıda isti hava olmayıb. İndi isə yayda istidən şəhərə çıxa bilmirsən. Elə insan tapmalıyıq ki, hər işdən başı çıxsın, işləsin. 10 nəfərin içindən birini seçsinlər. Eldar müəllimə də BŞİH-də iş versinlər, onun da yaxşı işləri var. Amma şəhəri qoruyan insanı tapmaq lazımdır”, – N.Cəfəroğlu bildirib
- Magyar yeni baş nazir kimi and içdi
- İlham Əliyev və xanımı Şükürbəyli sakinləri ilə görüşdü
- Almaniyada azərbaycanlı qadın itkin düşdü - Foto
- Azərbaycanda 16 yaşlı qız məktəb yoldaşından hamilə qaldı
- Suraxanıda 12 kq narkotik dövriyyədən çıxarıldı - Video
- Azərbaycanda bu sular bahalaşdı - Foto
- Azərbaycanda dünyanın heç bir yerində olmayan biabırçılıq...
- Göygöldə avtomobillər toqquşdu: iki qardaş yaralandı