Yanvarın 15-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed əl-Nəhyan ilə telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən BUTA.TV-a bildirilib ki, telefon danışığı zamanı BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın ölkəmizə rəsmi səfəri çərçivəsində imzalanmış Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu və əldə edilmiş digər razılıqların icrası, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.
Bununla yanaşı, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın prezidentliyi və ev sahibliyinə hazırlıq prosesi çərçivəsində BƏƏ-nin COP28 prezidentliyi ilə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Telefon danışığı zamanı həmçinin digər beynəlxalq platformalarda əməkdaşlıq istiqamətləri müzakirə olunub.
- Magyar yeni baş nazir kimi and içdi
- İlham Əliyev və xanımı Şükürbəyli sakinləri ilə görüşdü
- Almaniyada azərbaycanlı qadın itkin düşdü - Foto
- Azərbaycanda 16 yaşlı qız məktəb yoldaşından hamilə qaldı
- Suraxanıda 12 kq narkotik dövriyyədən çıxarıldı - Video
- Azərbaycanda bu sular bahalaşdı - Foto
- Azərbaycanda dünyanın heç bir yerində olmayan biabırçılıq...
- Göygöldə avtomobillər toqquşdu: iki qardaş yaralandı