Bu gün biz güzgü ritorikasından danışa bilərik. Yəni Əliyev bizim son 30 ildə yaratdığımız rəvayətlərə əks balans yaratmaq üçün danışır.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan yanvarın 15-də jurnalistlərlə söhbətində deyib.
“Erməni tərəfi nə vaxt “Bakı Ermənistandır” dedi ki, İlham Əliyev “İrəvan Azərbaycandır” deyir” sualına isə Simonyan belə cavab verib:
“Biz “Naxçıvan Ermənistandır” dedik; biz “Qarabağ Ermənistandır” dedik; biz dedik ki, Bakıda çay içəcəyik. Onlar da deyirlər ki, Göyçədə çay içəcəyik. Azərbaycan hər şeyi güzgü prinsipi ilə edir. Amma elə bir proses var ki, ona görə də müqavilə tərəflərə bərabər tətbiq edilir”.
- Magyar yeni baş nazir kimi and içdi
- İlham Əliyev və xanımı Şükürbəyli sakinləri ilə görüşdü
- Almaniyada azərbaycanlı qadın itkin düşdü - Foto
- Azərbaycanda 16 yaşlı qız məktəb yoldaşından hamilə qaldı
- Suraxanıda 12 kq narkotik dövriyyədən çıxarıldı - Video
- Azərbaycanda bu sular bahalaşdı - Foto
- Azərbaycanda dünyanın heç bir yerində olmayan biabırçılıq...
- Göygöldə avtomobillər toqquşdu: iki qardaş yaralandı