İran ilə Hindistan arasında “İranın Çabahar limanının inkişafı üçün əməkdaşlıq haqqında” sənəd imzalanıb.
BUTA.TV xəbər verir ki, sənəd Hindistanın xarici işlər naziri Subramaniam Cahşenkarın İrana səfəri çərçivəsində imzalanıb. İran tərəfindən sənədi yol və şəhərsalma naziri Mehrdad Bazarpaş imzalayıb. Sənədə əsasən tərəflərin iştirakı ilə işçi qrupu yaradılacaq. İşçi qrupu Çabahar limanının tranzit, yükaşırma imkanının artırılmasına və texniki təchizat məsələlərinə baxacaq.
İranlı nazir bildirib ki, Çabahar limanının inkişafı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin də tranzit imkanlarını artıracaq.
Qeyd edək ki, Çabahar limanı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında böyük rol oynayır. Hindistanın Mumbai limanından yüklər İranın Çabahar limanına, buradan isə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Rusiya və Avropa ölkələrinə daşınacaq. İran və Azərbaycan beynəlxalq layihədə tranzit ölkə kimi çıxış edirlər.
- Magyar yeni baş nazir kimi and içdi
- İlham Əliyev və xanımı Şükürbəyli sakinləri ilə görüşdü
- Almaniyada azərbaycanlı qadın itkin düşdü - Foto
- Azərbaycanda 16 yaşlı qız məktəb yoldaşından hamilə qaldı
- Suraxanıda 12 kq narkotik dövriyyədən çıxarıldı - Video
- Azərbaycanda bu sular bahalaşdı - Foto
- Azərbaycanda dünyanın heç bir yerində olmayan biabırçılıq...
- Göygöldə avtomobillər toqquşdu: iki qardaş yaralandı