ABŞ-nin keçmiş prezidenti Donald Tramp seçicilər arasında dəstək baxımından digər respublikaçı namizədləri üstələyir.
BUTA.TV xəbər verir ki, bu barədə “CBC Nyus” kanalı və “YouGov” data analizi şirkəti keçirdikləri sorğuya əsasən məlumat yayıb.
Araşdırmaya görə, Respublikaçılar Partiyası tərəfdarlarının 69%-i Trampa səs vermək niyyətində olduğunu bildirib. Ötən ilin noyabr ayında isə bu göstərici 61% təşkil edib.
İkinci yerdə Florida qubernatoru Ron DeSantis qərarlaşıb. Respondentlərin 14%-i ona səs verməyə hazır olduğunu bildirib.
Sorğuda iştirak edənlərin 12%-i isə ABŞ-nin BMT-dəki keçmiş səfiri Nikki Heyliyə səs verəcəyini qeyd edib.
Digər namizədlərin nəticələri isə 5%-dən az olub.
Söhrab İsmayıl
- İçərisində 40 min olan terminalları oğurladılar – Anbaan video
- ADY rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət etdi
- Azərbaycan xalqının tarixi yaddaşı heç vaxt silinməyib...
- Magyar yeni baş nazir kimi and içdi
- İlham Əliyev və xanımı Şükürbəyli sakinləri ilə görüşdü
- Almaniyada azərbaycanlı qadın itkin düşdü - Foto
- Azərbaycanda 16 yaşlı qız məktəb yoldaşından hamilə qaldı
- Suraxanıda 12 kq narkotik dövriyyədən çıxarıldı - Video