Almaniya ABŞ və NATO-ya olan sədaqətini nümayiş etdirmək üçün öz hərbi gəmisini Qırmızı dənizə göndərir.
BUTA.TV xəbər verir ki, bu sözləri “Milli müdafiə” jurnalının baş redaktoru, rusiyalı hərbi ekspert İqor Korotçenko Qərbin husilərə qarşı əməliyyatını RT-yə şərh edərkə deyib.
“Bu, anqlo-saks koalisiyasına qoşulmaqdır, NATO və Vaşinqtonla müəyyən siyasi və hərbi həmrəyliyin təzahürüdür. Bu, Berlinin əvvəlki kursunun dəyişdiyini göstərir. Əgər əvvəllər Berlin beynəlxalq arenada hərbi cavab vasitələrindən istifadə etməkdə kifayət qədər təmkinli idisə, indi o, ABŞ-ın tərəfində münaqişədə birbaşa iştirak etmək niyyətindədirlər”, - ekspert vurğulayıb.
O əlavə edib ki, kansler Olaf Şoltsun rəhbərliyi altında Almaniya ABŞ və Qərb koalisiyasının hərbi avantürası ilə fəal şəkildə oynayır:
“Əgər naviqasiyanın təhlükəsizliyini təmin etmək funksiyalarını öz üzərinə götürən daimi dəniz eskadronu yaradılarsa, bu, daha sonra yalnız güclənəcək. Bu, ABŞ üçün Berlin tərəfdən çox mühüm hərbi addımdır. Bu, regionda gərginliyin artması və İran da daxil olmaqla, bölgə dövlətlərinə təzyiq vasitəsi kimi şərh edilə bilər”.
- İçərisində 40 min olan terminalları oğurladılar – Anbaan video
- ADY rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət etdi
- Azərbaycan xalqının tarixi yaddaşı heç vaxt silinməyib...
- Magyar yeni baş nazir kimi and içdi
- İlham Əliyev və xanımı Şükürbəyli sakinləri ilə görüşdü
- Almaniyada azərbaycanlı qadın itkin düşdü - Foto
- Azərbaycanda 16 yaşlı qız məktəb yoldaşından hamilə qaldı
- Suraxanıda 12 kq narkotik dövriyyədən çıxarıldı - Video