Seçkilərə start veriləndən sonra müvafiq qurumlarla əməkdaşlıq edirik, seçki məntəqələrinə artıq veb-kameralar quraşdırılıb.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov bildirib.
Rövzət Qasımov qeyd edib ki, 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb, texniki tənzimləmə prosesi və tənzimləmə aparılır: “Bu proses də gələn həftə yekunlaşacaq”.
MSK sədri Məzahir Pənahov isə qeyd edib ki, orta məktəblərdə seçki məntəqələrində yanğın təhlükəsizliyi kameraları var:
2 milyon manatdan imtina edən Qurban Qurbanovun biznes imperiyası: Nələri var?
“Seçki zamanı seçki məntəqəsində yalnız bizim veb-kameralar olmalıdır. Ancaq orta məktəblərdə seçki məntəqələrində yanğın təhlükəsizliyi kameraları var. Biz orada MSK-nın veb-kameralarından başqa heç bir kamera olmasını istəmirik. Brada bir məsələ də ortaya çıxır. Yanğın baş verəndə bəs necə olsun? Ona görə hesab edirəm ki, məktəbdə səsvermənin olacağı yerdə yanğın təhlükəsizliyi kamerasını çıxarmaq olar.
Bir gün üçün belə riskə getmək olar, səsvermə kiçik bir otaqda olur. Səsvermə keçirilən məntəqə otaqlarında veb-kameradan başqa heç nə olmamalıdır. Çünki beynəlxalq təşkilatlar da seçki məntəqələrində bəzən yanğın təhlükəsizliyi kameralarının olmasını bizə irad tuturlar”.
- İçərisində 40 min olan terminalları oğurladılar – Anbaan video
- ADY rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət etdi
- Azərbaycan xalqının tarixi yaddaşı heç vaxt silinməyib...
- Magyar yeni baş nazir kimi and içdi
- İlham Əliyev və xanımı Şükürbəyli sakinləri ilə görüşdü
- Almaniyada azərbaycanlı qadın itkin düşdü - Foto
- Azərbaycanda 16 yaşlı qız məktəb yoldaşından hamilə qaldı
- Suraxanıda 12 kq narkotik dövriyyədən çıxarıldı - Video