Bakıda relssiz tramvay xətlərindən istifadə oluna bilər.
BUTA.TV xəbər verir ki, bunu Trend-ə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov deyib.
"Tramvaylara gəldikdə, düşünürük ki, yeni relslər qurulmayacaq. Hazırda da dünyada daha çox relssiz tramvay xətlərinə üstünlük verilir. Onun müxtəlif formaları mövcuddur, paytaxtda da onlardan istifadə oluna bilər.
İctimai nəqliyyat, metro, dəmiryol xətlərinin sxemi qurulduqdan sonra müəyyən ərazilərdə nəqliyyatla bağlı probemlərin yenə də olacağını görürük. Bu ərazilər əhalinin ən sıx toplandığı yerlərdir. Biz həmin ərazilərdə əlavə ictimai nəqliyyat növü olaraq tramvay xətlərinin qurulmasını təklif edirik. Bu xətlər əhalinin piyada hərəkətinin aktiv olduğu, ticarət mərkəzlərinin çox olduğu, eyni zamanda, yaşayış məntəqələrinin çox olduğu yerləri əhatə edəcək. Düşünürük ki, tramvay xətlərinin qurulması sözügedən yerlərdə nəqliyyat probleminin həllində əhəmiyyətli addım ola bilər, - deyə sədr müavini əlavə edib.
2 milyon manatdan imtina edən Qurban Qurbanovun biznes imperiyası: Nələri var?
- Həmin sürücünün toy maşını avtobus oldu - Video
- İçərisində 40 min olan terminalları oğurladılar – Anbaan video
- Azərbaycan xalqının tarixi yaddaşı heç vaxt silinməyib...
- Magyar yeni baş nazir kimi and içdi
- İlham Əliyev və xanımı Şükürbəyli sakinləri ilə görüşdü
- Almaniyada azərbaycanlı qadın itkin düşdü - Foto
- Azərbaycanda 16 yaşlı qız məktəb yoldaşından hamilə qaldı
- Suraxanıda 12 kq narkotik dövriyyədən çıxarıldı - Video