Peşəkar proqnozlara görə, 2024-cü ildə dünya iqtisadiyyatının artım tempi son illərdə üçüncü dəfə azalacaq.
BUTA.TV xəbər verir ki, iqtisadçıların fikrincə, dərin maliyyə böhranından yayınmaq mümkün olsa da, qlobal iqtisadi göstəricilər xeyli aşağı olacaq. İnflyasiyanın azalması əsas dövlətlərin mərkəzi banklarının həyata keçirdiyi monetar siyasət, xüsusilə ilkin faiz dərəcələrinin artırılması sayəsində mümkün olub. 2023-cü ildə bu, 5,3 faiz idi. Bu il inflyasiya 3,7 faiz təşkil edəcək.
Analitiklərin fikrincə, hazırkı vəziyyət dünyanın aparıcı dövlətlərinin 2030-cu ilə qədər qarşıya qoyduğu iqtisadi hədəflərə nail ola bilməyəcəklərini göstərir. Söhbət dünyada ifrat yoxsulluğun aradan qaldırılması, istixana qazlarının emissiyasının azaldılması və digər iddialı layihələrdən gedir.
Dünya Bankının məlumatına görə, dünyanın inkişaf etməkdə olan ölkələrinin 25 faizinin rifah səviyyəsi pandemiyadan əvvəlki dövrlə müqayisədə aşağıdır ki, bu da qlobal miqyasda pandemiyanın iqtisadi nəticələrinin hələ də aradan qaldırılmaması deməkdir.
2 milyon manatdan imtina edən Qurban Qurbanovun biznes imperiyası: Nələri var?
Eyni zamanda, ABŞ-da artımın 1,6 faiz, Çində isə 4,5 faiz olacağı proqnozlaşdırılır. Avropa və Yaponiyada artım ABŞ-dan da az olacaq.
- Həmin sürücünün toy maşını avtobus oldu - Video
- İçərisində 40 min olan terminalları oğurladılar – Anbaan video
- Azərbaycan xalqının tarixi yaddaşı heç vaxt silinməyib...
- Magyar yeni baş nazir kimi and içdi
- İlham Əliyev və xanımı Şükürbəyli sakinləri ilə görüşdü
- Almaniyada azərbaycanlı qadın itkin düşdü - Foto
- Azərbaycanda 16 yaşlı qız məktəb yoldaşından hamilə qaldı
- Suraxanıda 12 kq narkotik dövriyyədən çıxarıldı - Video