Baş nazir Əli Əsədov Daxili İşlər Nazirliyinin Daxili Qoşunların (DQ) Baş İdarəsinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının artırılması ilə bağlı Qərar imzalayıb.
BUTA.TV xəbər verir ki, Qərarla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 sentyabr tarixli 392 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada verilir.
Yeni redaksiyaya əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılır ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirsin.
Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.
2 milyon manatdan imtina edən Qurban Qurbanovun biznes imperiyası: Nələri var?
Qeyd edək ki, hərbi qulluqçuların aylıq vəzifə maaşlarının məbləği məxfi olduğu üçün açıqlanmır.
- Həmin sürücünün toy maşını avtobus oldu - Video
- İçərisində 40 min olan terminalları oğurladılar – Anbaan video
- Azərbaycan xalqının tarixi yaddaşı heç vaxt silinməyib...
- Magyar yeni baş nazir kimi and içdi
- İlham Əliyev və xanımı Şükürbəyli sakinləri ilə görüşdü
- Almaniyada azərbaycanlı qadın itkin düşdü - Foto
- Azərbaycanda 16 yaşlı qız məktəb yoldaşından hamilə qaldı
- Suraxanıda 12 kq narkotik dövriyyədən çıxarıldı - Video