"Azərbaycan mafiyası"nın rəhbəri həbsdə qaldı

22:34 - 11 Yanvar 2024 - KRİMİNAL

Sankt-Peterburq şəhərinin Oktyabrski rayon məhkəməsi “Azərbaycan mafiyasının” rəhbəri Tural Məmmədovun barəsində həbs qətimkan tədbirinin müddətini uzadıb.

BUTA.TV xəbər verir ki, bu barədə Sankt-Peterburq məhkəmələrinin birgə mətbuat xidmətinin məlumatında deyilir.

“İstintaq göstərib ki, Məmmədov heç bir səbəb olmadan əxlaq normalarına zidd olaraq cinayətlər törətməkdə ittiham olunur”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Məmmədov və müdafiə tərəfi həbs qətimkan tədbirinin uzadılmasına etiraz edərək ev dustaqlığı istəyib. Təqsirləndirilən şəxs gizlənmək fikrində olmadığını bildirib.

Bu xəbər hal-hazırda çox oxunur
Daha 7 şəhidimiz dəfn olunacaq - Foto

Xatırladaq ki, Məmmədov və daha 15 nəfər küçədə tanımadığı şəxsləri döyüb, daha sonra bu əməllərini lentə alaraq Teleqram kanalında yerləşdiriblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol