Təhlükəli arıqlama məhsulları satanlar tutuldu - VİDEO

10:40 - 11 Yanvar 2024 - KRİMİNAL

 Təhlükəli arıqlama məhsulları satanlar tutuldu - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) və Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sosial şəbəkələrdə arıqlama və insan sağlamlığı üçün təhlükəli digər bioloji aktiv qida məhsulları satan şəxslərə qarşı tədbir keçirib.

BUTA.TV xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Məlumata görə, ölkə ərazisinə qanunsuz yollarla gətirilən keyfiyyətsiz, mənşəyi və tərkibi standartlara cavab verməyən bioloji aktiv qida məhsullarının sosial şəbəkələrdə reklam edilərək qanunsuz satışının təşkil edildiyi barədə çoxsaylı məlumatlar daxil olub. Bu istiqamətdə polis əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə keçirdikləri növbəti tədbirlər zamanı 1993-cü il təvəlüldlü Cəlal Həmidov və 1994-cü il təvəllüdlü Elşən Məmmədovun qeyd olunan qeyri-qanuni fəaliyyətlə məşğul olaraq mənşəyi məlum olmayan bioloji aktiv qida məhsullar satmaları aşkar edilib. Həmin məhsullardan götürülən nümunələr tərkibinin müəyyən edilməsi üçün Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib. Alınmış mütəxəssis rəyində qida əlavələrinin tərkibində üzərindəki göstəricilərə uyğun olmayan, kənar zərərli kimyəvi maddələrin aşkar edildiyi və onların insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğu təsdiq olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir. Sonda qeyd edək ki, insan sağlamlığı fərdi məsələdir və vətəndaşlara sağlamlıqlarının qeydinə qalan zaman yalnız tibbi təhsili olan həkimlər tərəfindən təyin edilən preparatlardan istifadə etməyi tövsiyə edirik.

Bu xəbər hal-hazırda çox oxunur
Daha 7 şəhidimiz dəfn olunacaq - Foto

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol