Azərbaycan tərəfinin sülh müqaviləsi ilə bağlı son təkliflərində həm bir sıra maddələr üzrə müəyyən geriləmə, həm də bir sıra irəliləyiş görünür. Yanvarın 4-də Ermənistan tərəfi Azərbaycana sülh müqaviləsinin mətni ilə bağlı təkliflərini göndərib.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvanda səfərdə olan yunanıstanlı həmkarı Giorgos Gerapetritislə görüşündə deyib.
“Biz bu təkliflər üzərində çox konstruktiv işləmişik və öz təkliflərimizi göndərmişik. Sülh müqaviləsinin son nəticədə əsaslanacağı prinsiplər vacibdir. Ölkələr heç bir qeyri-müəyyənlik olmadan bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Bu, maksimum aydınlığa ehtiyac duyulan bir məsələdir və yekun sülh müqaviləsi bu aydınlığı təmin etməlidir. Əgər ölkələr arasında demarkasiya prosesi uzun müddət çəkə bilərsə, o zaman sülh sazişinin heç olmasa aydın əsası olmalıdır ki, onun əsasında gələcəkdə demarkasiya prosesi davam etdirilsin. Ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və gələcək demarkasiya Ermənistanın heç bir qeyri-müəyyənliyə yol verə bilməyəcəyi məsələlərdir”, - Mirzoyan bildirib.
- Lalələri bahalı maşınlarla əzənlər saxlanıldı - VİDEO
- Sürücülərin diqqətinə: Bu yollar dumanlı olacaq...
- İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
- Laləlikdə maşın sürmüşdülər, polis saxladı - Video-Foto
- Həmin sürücünün toy maşını avtobus oldu - Video
- İçərisində 40 min olan terminalları oğurladılar – Anbaan video
- Azərbaycan xalqının tarixi yaddaşı heç vaxt silinməyib...
- Magyar yeni baş nazir kimi and içdi