Fransada ilk: Əks-kəşfiyyata qadın rəhbər təyin edildi

20:34 - 9 Yanvar 2024 - GÜNDƏM

 Fransada ilk: Əks-kəşfiyyata qadın rəhbər təyin edildi

Selin Berton Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsinə (əks-kəşfiyyat) rəhbər təyin edilib və bu postu tutan ilk qadın kimi tarixə düşüb.

BUTA.TV xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen X sosial şəbəkə hesabında məlumat verib.

“Bu gündən etibarən Selin Berton Daxili Təhlükəsizlik Baş İdarəsinin yeni baş direktorudur”, - o yazıb.

Qeyd edək ki, əks-kəşfiyyatın rəhbəri kimi Berton dekabr ayında Fransa Xarici Kəşfiyyat Baş İdarəsinin rəisi təyin edilmiş Nikolya Lerneri əvəz edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol