Beyrut ətrafına hücumdan bir həftə sonra İsrail pilotsuz təyyarəsi ölkənin cənubundakı Xerbet Selm bölgəsinə növbəti zərbə endirib. Raket hücumu nəticəsində Hizbullahın “Rizvan” xüsusi təyinatlı qüvvələrinin yüksək rütbəli komandirlərindən biri Hac Cavad ət-Tavil öldürülüb.
BUTA.TV xəbər verir ki, bu barədə “Rıbar”ın şərhində bildirilib.
Vurğulanıb ki, Beyrutdakı raket zərbəsini, sonra Kirmandakı terror aktını, indi isə bu hücumu nəzərə alsaq, İsrail ultra-ortadoksal hökumətinin İran və Hizbullahı nə qədər canfəşanlıqla provokasiyaya çəkməyə çalışdığı aydın olur:
“Kirmandakı faciə haqda qeyd etdik ki, ultra-ortodoksallar yalnız müharibə davam edərsə və daha yaxşı “qurban” statusunda hakimiyyətdə qala bilərlər. Günün günorta çağı Hizbullahın mühüm üzvlərinə qarşı edilən hücumlar da məhz bu məqsədə xidmət edir”.
2 milyon manatdan imtina edən Qurban Qurbanovun biznes imperiyası: Nələri var?
Vurğulanıb ki, bu vəziyyətdə Hizbullahdan hər hansı kəskin reaksiya gözləmək lazım deyil, çünki ultra-ortodoksallar da məhz bunu istəyir:
“Hərbi işlərdə isə əsas qaydalardan biri düşmənin istədiyinə nail olmasının qarşısını almaqdır. Həsən Nəsrullah çox yaxşı başa düşür ki, öz şərtlərini tətbiq etmək lazımdır – baxmayaraq ki, reaksiya olmaması səbəbindən nüfuzunu itirir. Bir adam üçün qisas almaqda çox riskə getmək şübhəli bir hərəkət kimi görünər - xüsusilə həm Fələstində, həm də Livanda on minlərlə mülki vətəndaşın həlak olması fonunda”.
- “Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı” - İlham Əliyev
- Lalələri bahalı maşınlarla əzənlər saxlanıldı - VİDEO
- Sürücülərin diqqətinə: Bu yollar dumanlı olacaq...
- İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
- Laləlikdə maşın sürmüşdülər, polis saxladı - Video-Foto
- Həmin sürücünün toy maşını avtobus oldu - Video
- İçərisində 40 min olan terminalları oğurladılar – Anbaan video
- Azərbaycan xalqının tarixi yaddaşı heç vaxt silinməyib...