Dubayda keçirilən “ZHARA FEST” musiqi festivalı zamanı tədbirin təşkilatçısı və təşəbbüskarı Emin Ağalarov iyulun 24-dən 28-dək Sea Breeze Resort kurort şəhərinin səfalı sahilində təşkil olunacaq “DREAM FEST 2024” beynəlxalq festivalına start veriləcəyi ilə bağlı rəsmi açıqlama verib.
Emin Ağalarovun mətbuat xidmətindən Kult.az-a bildirilib ki, “DREAM FEST” iştirakçılarının coğrafiyası dünya miqyasında təqdim olunacaq: Rusiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa ölkələri. Tamaşaçılar beş gün ərzində Xəzər dənizinin sahilində açıq havada möhtəşəm, inanılmaz şoudan və 250 artistin çıxışından həzz alacaqlar.
“Yayda “Sea Breeze Resort”da dünya musiqi festivalları tarixində heyranedici hadisə - “DREAM FEST” musiqi festivalı keçiriləcək. Biz festival mədəniyyətinə tamamilə yeni baxış tətbiq etmək istəyirik. “DREAM FEST”də bir çox ölkələrdən musiqiçilər, müxtəlif illərin “Eurovision” ulduzları iştirak edəcəklər. İnanılmaz miqyas və həmişəki kimi nəhəng planlar”, - deyə festivalın təşkilatçısı Emin Ağalarovun şərhində bildirilir.
TV tamaşaçıları da festivalın televiziya versiyasını izləyəcək, özlərini tədbirin birbaşa iştirakçıları kimi hiss edə biləcəklər.
- Bakıda qəza sıxlığa səbəb oldu
- Oktyabrın son günü hava necə olacaq?
- Övladını boğub öldürən Türkiyə vətəndaşına hökm oxundu
- Azərbaycanda Atatürk adına qoyulan qadağa götürüldü
- ANAMA-ya 3 yeni minaaxtaran it təqdim olundu
- Badamdarda qaya parçaları ərazidən götürüldü - Video
- Azərbaycanda vəzifəli şəxslər həbs edildi
- Məşhur bazarın ətrafındakı küçə ticarəti yığışdırılır - Video