Türkiyə Futbol Federasiyası (TTF) ötən il dekabrın 29-da baş tutmalı olan “Qalatasaray”-“Fənərbağça” arasında Superkubok oyununun ləğv edilməsinə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın təsir göstərməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, TFF rəsmi saytında məsələ ilə bağlı izahat yayıb.
“Superkubok oyununun Ər-Riyadda keçirilməsi təklifi iki klub tərəfindən bəyənilib və imzalanıb. Öz növbəsində, prezidentimizin oyunun ləğvi prosesində hər hansı formada iştirak etməsi ilə bağlı bütün iddialar əsassızdır”, - deyə TTF-nin bəyanatda bildirilir.
Xatırladaq ki, klublar matçdan əvvəl Türkiyə himninin səsləndirilməsini, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün portretinin asılmasını istəyirdilər. Bundan əlavə, Türkiyə Cümhuriyyətinin ildönümü üçün komandalar Atatürkün təsviri olan köynəklər geyinəcəkdilər. Bu tələblər Səudiyyə rəsmiləri tərəfindən tamamilə rədd edilib. Bu vəziyyəti nəzərə alaraq "Qalatasaray" və "Fənərbağça" meydana çıxmayıb.
2 milyon manatdan imtina edən Qurban Qurbanovun biznes imperiyası: Nələri var?
- “Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı” - İlham Əliyev
- Lalələri bahalı maşınlarla əzənlər saxlanıldı - VİDEO
- Sürücülərin diqqətinə: Bu yollar dumanlı olacaq...
- İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
- Laləlikdə maşın sürmüşdülər, polis saxladı - Video-Foto
- Həmin sürücünün toy maşını avtobus oldu - Video
- İçərisində 40 min olan terminalları oğurladılar – Anbaan video
- Azərbaycan xalqının tarixi yaddaşı heç vaxt silinməyib...