Yaponiyanın mərkəzində ən güclüsü 7,6 bal olan bir neçə zəlzələ baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Ölkənin bütün qərb sahilləri üçün sunami təhlükəsi elan edilib. Milli Meteorologiya İdarəsinin məlumatına görə, bəzi ərazilərdə sunami dalğalarının hündürlüyü 5 m-ə çatır.
Yaponiyanın Honsyu adasında müxtəlif maqnitudalarda ən azı beş güclü zəlzələ baş verib. Yeraltı təkanlar hətta Tokioda da hiss olunub. Yerli sakinlər dərhal sahilyanı əraziləri tərk etməyə və ya binaların damlarına çıxmağa çağırılır. Yapon ictimai televiziyasının diktoru canlı yayımda sahilyan ərazilərdə yaşayan sakinləri 2011-ci il zəlzələsini və sunamini xatırlamağa və dərhal qaçmağa çağırır.
İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
Fəlakətlə əlaqədar məlumat toplamaq və təhlil etmək üçün baş nazir Fumio Kişidanın ofisində böhran qərargahı fəaliyyətə başlayıb.
Tələfat və dağıntılar barədə məlumat verilməyib. Baş nazir müvafiq nazirlik və idarələrə fəlakətin nəticələrinin aradan qaldırılması və yerli əhalinin qorunması üçün lazım olan hər şeyi etməyi tapşırıb.
- Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
- “Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı” - İlham Əliyev
- Lalələri bahalı maşınlarla əzənlər saxlanıldı - VİDEO
- Sürücülərin diqqətinə: Bu yollar dumanlı olacaq...
- İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
- Laləlikdə maşın sürmüşdülər, polis saxladı - Video-Foto
- Həmin sürücünün toy maşını avtobus oldu - Video
- İçərisində 40 min olan terminalları oğurladılar – Anbaan video