Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan BUTA.TV-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayonun Püştətala kəndində yerləşən bərbərxanada orada fəaliyyət göstərən O.Gondolov tərəfindən pirotexniki vasitələrin gizli şəkildə satıldığı müəyyən edilib. Bərbərxanadan müxtəlif növ pirotexniki vasitələr aşkar olunaraq götürülüb.
Şöbənin Qabaqçöl Polis Bölməsinin əməkdaşları tərəfindən də bu istiqamətdə keçirilmiş tədbirlər nəticəsində istifadəsində olan VAZ markalı avtomobillə səyyar şəkildə pirotexniki vasitə, partlayıcı və tezalışan maddələr satan şəxs müəyyən olunub.
Hər iki nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (istehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin yerinə yetirilməsi ) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
- Avropa Parlamenti ilə bağlı mövqeyinə görə Əliyevi nümunə göstərdi
- Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
- “Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı” - İlham Əliyev
- Lalələri bahalı maşınlarla əzənlər saxlanıldı - VİDEO
- Sürücülərin diqqətinə: Bu yollar dumanlı olacaq...
- İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
- Laləlikdə maşın sürmüşdülər, polis saxladı - Video-Foto
- Həmin sürücünün toy maşını avtobus oldu - Video