İrəvan Ermənistan və Türkiyənin xüsusi emissarları arasında aparılan danışıqlarda əldə olunan razılaşmaların həyata keçirilməsinə ümid edir.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin 2024-cü il dövlət büdcəsi layihəsi üzrə daimi komissiyalarının iclasında çıxışı zamanı deyib.
O xatırladıb ki, bu saziş üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədlərin açılmasına aiddir:
“Sərhəd infrastrukturu ilə bağlı mühüm işlər görülüb. Biz Marqara keçid məntəqəsini yenidən təchiz etmişik və artıq belə proseslərə (sərhəd keçidi – red.) hazırıq və ümid edirik ki, bu razılaşmalar həyata keçiriləcək”.
- Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
- İntensiv yağışlar davam edir
- Keşlədə kollektor üzərində tikilmiş ev sökülür
- FHN əhaliyə təkrar müraciət etdi
- ADSEA sədri kollektorun çökdüyü ərazidə - Video
- Quba və Qusardan sel keçir
- Sabahdan etibarən bu pullar kartınızdan çıxılacaq
- Küləkli hava ilə bağlı xəbərdarlıq edildi