Mahaçqala hava limanı yalnız terminal, aerodrom və ətraf ərazinin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hərtərəfli yoxlanılmasından sonra açılacaq.
BUTA.TV xəbər verir ki, bu barədə “Rosaviasiya”dan məlumat verilib.
Məlumata görə, hava limanı təyyarələri qəbul etmək üçün 31 oktyabr 2023-cü il saat 2.59-a qədər bağlı qalacaq.
Qeyd edək ki, bundan öncə “Rosaviasiya” Mahaçqala aeroportunun noyabrın 6-na kimi bağlı qalacağını bildirmişdi.
Xatırladaq ki, ötən gün Mahaçqala hava limanına yerli sakinlərdən ibarət böyük izdiham hücum edərək, yəhudilərin respublika ərazisindən çıxarılmasını tələb edib. Qarşıdurmalarda polislər xəsarət alıb, həbs olunanlar var. Mahaçqala hava limanı fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
- “Nəmlik 2-ci mərtəbəyə qalxır, qoxudan dayanmaq olmur” - Video
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq - Rəsmi
- Vado Karovinin kürəkəni ilə bağlı qərar verildi
- Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda... - Sədr
- Kanadadakı səfirliyimiz vətəndaşlara müraciət etdi
- Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək
- Şuşaya giriş və çıxış istiqamətləri dəyişdirilir
- Bu marşrut avtobusları yenilənir