Paytaxtda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər ötən gün də davam etdirilib.
Daxili İşlər Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, paytaxt ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər ötən gün də davam etdirilib.
Oktyabrın 20-də keçirilən növbəti tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 54 fakt aşkar edilib. İctimai yerlərdə narkotik maddələrin təsiri altında olan daha 88 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən 3 kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb. Saxlanılan şəxslərin hər biri barəsində cinayət və inzibati xarakterli tədbirlər görülüb. Paytaxtda hüququpozmalara qarşı və aşkarlanan faktlarla bağlı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
- COP29 iştirakçılarına akkreditasiya kartlarının verilməsi başlayır
- İş axtaranlar diqqət – 100 nəfər işə götürüləcək
- Bakıda piyadanın səbəb olduğu zərcirvari qəza... - Video
- Prezident sərəncam imzaladı
- Əmrullayev onlara yüksək vəzifə verdi
- "Tofaş"la avtoşluq edən sürücü həbs edildi
- Şəxsiyyət vəsiqəsinin surətini çıxarmaq olmaz - Ekspert
- Zakir Həsənov Mərakeşə getdi, saziş imzaladı