Ronaldonun komandası çempionluğu son saniyədə əldən verdi, tribunada dava düşdü - Video

04:15 - 13 May 2026 - GÜNDƏM

 Ronaldonun komandası çempionluğu son saniyədə əldən verdi, tribunada dava düşdü - Video

Səudiyyə Ərəbistanı Pro Liqasında “Əl-Nəsr” “Əl-Hilal”la dramatik oyunda 1:1 hesablı heç-heçə edib və çempionluğu vaxtından əvvəl təmin etmək şansını son saniyələrdə itirib.

BUTA.TV” xəbər verir ki, “Əl-Əvval Park” stadionunda keçirilən qarşılaşmada hesabı 37-ci dəqiqədə Məhəmməd Simakan açıb.

“Əl-Nəsr” oyunun böyük hissəsində üstünlüyünü qorusa da, əlavə vaxtda qapıçı Bentonun kobud səhvi komandaya baha başa gəlib. O, topu uzaqlaşdırmaq istəyərkən komanda yoldaşı ilə toqquşub və top öz qapısından keçib.

Beləliklə, “Əl-Hilal” son saniyə qolu ilə çempionluq ümidlərini qoruyub saxlayıb, “Əl-Nəsr” isə Kriştiano Ronaldo dövrünün ilk liqa titulunu rəsmiləşdirə bilməyib.

Gərgin keçən qarşılaşmadan sonra tribunada da insident yaşanıb. Belə ki, “Əl-Nəsr” azarkeşləri “Əl-Hilal”ın VIP sektoruna daxil olaraq qarşı tərəfin fanatlarına hücum edib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə tərəflər arasında dava və dəyənəklərlə qarşıdurma yaşandığı görünür.

Hadisə ilə bağlı təhlükəsizlik qüvvələrinin müdaxilə etdiyi bildirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol