Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto

23:27 - 11 May 2026 - GÜNDƏM

 Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto

Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu Ağdam rayonunun Abdal kəndinə köçürülüb.

BUTA.TV” xəbər verir ki, bu barədə onun oğlu Şamil sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd edək ki, Müşfiq Abbasov 44 günlük Vətən müharibəsində iki oğlu – Şamil və İntiqamla birlikdə könüllü olaraq döyüşlərə qatılıb. O,  Ağdam istiqamətində bir çox hərbi əməliyyatlarda müvəffəqiyyətlər qazanıb və 6 oktyabr 2020-ci ildə rayonun Qərvənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.

O, Quzanlı kəndindəki Şəhidlər Xiyabanında dəfn olunmuşdu.

Bu xəbər hal-hazırda çox oxunur
20 günün əsgəri vəfat etdi

Prezident İlham Əliyevin sərəncamları ilə M. Abbasov ölümündən sonra “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.






Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol