Fransa Prezidenti Emmanuel Makron Nayrobidə keçirilən “Afrika irəli” sammitində zalda yaranan səs-küyə dözməyərək çıxışını kəsib.
“BUTA.TV” “Sputnik”ə istinadla xəbər verir ki, hadisə mayın 11-də afrikalı iştirakçıların səhnədə siyasi məsələləri müzakirə etdiyi vaxt baş verib.
Zaldakı uğultunun kəsilmədiyini və insanların natiqlərə məhəl qoymadan ucadan danışdığını görən Makron emosiyalarını cilovlaya bilməyib.
Mikrofona yaxınlaşan Fransa lideri səs-küy salanlardan sükut tələb edib.:
“Bağışlayın, hey, üzr istəyirəm, amma bu qədər səs-küy olan yerdə belə insanların bura gəlib çıxış etməsi və mədəniyyətdən danışması qeyri-mümkündür. Əgər ikitərəfli görüşlər keçirmək və ya başqa mövzularda danışmaq istəyirsinizsə, bunun üçün xüsusi otaqlar var, kənara çıxa bilərsiniz”.
Qeyd edək ki, onun bu görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
- Sabahdan bu ərazilərdə parklanma məhdudiyyəti tətbiq olunacaq - Video
- “Belə insanlarla mədəniyyətdən danışmaq olmaz” - Makron özündən çıxdı
- 20 günün əsgəri vəfat etdi
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
- Şəmkirdə ağır qəza: ölən var
- Mağazadan seyfi oğurlayarkən kameraya düşdü – Anbaan video
- Bakıda saxlanılmış mafiya başçısı Şri-Lankaya ekstradisiya edilib - Video