Moskvadan kənarda görüş üçün şərt irəli sürdü

14:21 - 12 May 2026 - GÜNDƏM

 Moskvadan kənarda görüş üçün şərt irəli sürdü

“Rusiya Prezidenti Vladimir Putin Ukrayna lideri Volodimir Zelenski ilə Moskvadan kənarda yalnız münaqişəyə son nöqtə qoymaq üçün görüşməyə hazırdır”.

BUTA.TV” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu şərti brifinqdə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

Onun sözlərinə görə, bu görüşdən əvvəl hələ böyük ev tapşırığı görülməlidir. 

“Prezident Kremldəki mətbuat konfransında çıxışı zamanı da bildirdi ki, danışıqlar üçün istənilən an Moskvada, həmçinin istənilən başqa nöqtədə Zelenski ilə görüşməyə hazırdır. Lakin istənilən başqa nöqtədə görüş yalnız prosesi tam şəkildə yekunlaşdıracağı təqdirdə məna kəsb edir”, - Peskov deyib.

Bu xəbər hal-hazırda çox oxunur
20 günün əsgəri vəfat etdi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol