Rəşid Behbudov küçəsindəki xətlənmə çaşqınlıq yaratdı - Video

11:38 - 12 May 2026 - GÜNDƏM

 Rəşid Behbudov küçəsindəki xətlənmə çaşqınlıq yaratdı - Video

Paytaxtın Nəsimi rayonu ərazisində - Rəşid Behbudov küçəsində aparılmış yeni xətlənmə sürücülərdə çaşqınlıq yaradıb.

BUTA.TV” xəbər verir ki, küçənin Mərkəzi Bankın qarşısından keçən hissəsindən video paylaşan taksi sürücüləri buradakı qoşa xəttin onların hərəkətinə maneə olduğunu bildiriblər.

Xəbəri rus dilində oxuyun: Новая разметка в центре Баку запутала водителей - ВИДЕО

Belə ki, küçədə yeni çəkilmiş velosiped zolağı ilə taksi dayanacağı ərazisini ayıran yerdə dönmə üçün uyğun şərait yoxdur. Taksi sürücüləri bu halın onların cərimələnməsinə səbəb ola biləcəyini və normal fəaliyyətlərinə maneə yaradacağını deyiblər.

Bu xəbər hal-hazırda çox oxunur
20 günün əsgəri vəfat etdi

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, görülən işlər çərçivəsində ərazidə taksilərin dayanması üçün şərait saxlanılır.  Belə ki, taksi nəqliyyat vasitələri mikromobillik zolağına yanaşı onlar üçün ayrılan yerdə dayana bilərlər".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol