Məcburu dayanma zamanı sürücülərin təhlükəsizlik qaydalarına riayət etməməsi, qeydə alınan ağır yol-nəqliyyat hadisələrinin səbəbləri içərisində xüsusilə diqqət çəkir.
Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
"Problemin aktuallığını nəzərə alaraq, bir daha sürücülərin diqqətinə çatdırırıq ki, məcburu dayanma zamanı mütləq qaydada zəruri təhlükəsizlik tədbirləri görülməli, o cümlədən qəza dayanma nişanı qurulmalı, qəza işıq siqnalı yandırılmalı, yaxud yanıb-sönən qırmızı işıq fənəri qoyulmalı, yol-nəqliyyat hadisəsi zamanı başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda isə hadisəni sənədləşdirməyə imkan verən qeydlər aparmaqla yolun hərəkət hissəsi boşaldılmalıdır.
Xatırladaq ki, qəza dayanma nişanı nəqliyyat vasitəsinin arxa tərəfində, zərurət olduqda isə, həm də qabaq tərəfində, həmin zolaqda, nəqliyyat vasitəsindən ən azı 30 metr məsafədə elə quraşdırılmalıdır ki, yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin sürücüləri onu kifayət qədər məsafədən görə bilsin. Yaşayış məntəqələrində hərəkət intensiv olduqda, qəza dayanma nişanı daha yaxın məsafədə və ya bilavasitə nəqliyyat vasitəsinin üstündə qoyula bilər. Bunun üçün yanıb-sönən qırmızı işıqlı portativ fənərdən də istifadə edilə bilər",- məlumatda qeyd edilib.
Paşinyanın qulağına pıçıltı ilə dediyi sözlər canlı efirə düşdü - Video
- Bu ərazilərdə 2 gün su olmayacaq
- Sədrin yeni müşaviri o oldu - Foto
- Bu tarixlərdə tədris distant formada olacaq – Rəsmi
- Ali məktəbə imtahansız qəbul olmaq istəyənlərin nəzərinə
- Laçında 41 milyona yaşayış məhəlləsi salınacaq
- Zakir Həsənov Slovakiyada sərgidə - Foto
- Şuşaya maşınla gedənlərin nəzərinə: 150 AZN cərimə... - Video
- İşdən çıxan şəxs hansı halda - Geri qayıda bilər?