İranda fəaliyyət göstərən bəzi şirkətlərdən ərzaqlıq kartof məhsulunun idxalına müvəqqəti qadağa qoyulub.
Bu barədə BUTA.TV-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, tədbirlər çərçivəsində İrandan idxal olunan "Hame Fan Harifan Khedmat Gostar", "Shayan Sam Milad" və "Amin Tejarat Atlas Darya" şirkətlərinə məxsus ərzaqlıq kartof məhsulu partiyalarından agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində məhsul partiyalarında karantin tətbiq edilən zərərli orqanizm - halqavari bakterial çürümə xəstəliyi (“Clavibacter michiganensis subsp. sepedonicus”) və kartofun qonur çürümə bakteriyası (“Ralstonia solanacearum”) aşkarlanıb.
Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. 2023-cü il 23 oktyabr tarixindən etibarən qeyd olunan ixracatçıların ərzaqlıq kartof məhsulunun ölkəmizə idxalına müvəqqəti qadağa qoyulub və İranın aidiyyəti qurumuna müvafiq bildirişlər göndərilib.
Paşinyanın qulağına pıçıltı ilə dediyi sözlər canlı efirə düşdü - Video
- Bu ərazilərdə 2 gün su olmayacaq
- Sədrin yeni müşaviri o oldu - Foto
- Bu tarixlərdə tədris distant formada olacaq – Rəsmi
- Ali məktəbə imtahansız qəbul olmaq istəyənlərin nəzərinə
- Laçında 41 milyona yaşayış məhəlləsi salınacaq
- Zakir Həsənov Slovakiyada sərgidə - Foto
- Şuşaya maşınla gedənlərin nəzərinə: 150 AZN cərimə... - Video
- İşdən çıxan şəxs hansı halda - Geri qayıda bilər?