Bakının Yasamal rayonunda sərxoş olduğu deyilən sürücü qəza törədib.
BUTA.TV xəbər verir ki, bu barədə sosial şəbəkələrə görüntülər yayılıb. Bildirilib ki, hadisə Hüseyn Cavid prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Honda” markalı avtomobil yüksək sürətlə təhlükəli manevrlər edərək, hərəkətdə olan avtomobilə, daha sonra isə yol kənarında dayanmış 3 avtomobilə çırpılıb.
Qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığı və avtomobillərə ciddi ziyan dəydiyi bildirilir. Şahidlərin bildirdiyinə görə qəzanı törədən sərxoş sürücü avtomobildən düşərək hadisə yerindən qaçıb.
Sosial şəbəkələrdə hadisəni törədən şəxsin Müsavat partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı olduğu bildirilir. Məlumata görə Orxan Hacılı qəza törətdikdən sonra qaçmış və əvəzinə başqa şəxsi hadisə yerinə göndərərək, sürücü kimi göstərməyə cəhd edib.
- Bakı-Kazan marşrutu üzrə bütün uçuşlar dayandırılır
- Prezidentin qızları Bakıda növbəti həyətlərin açılışında - Foto
- Ermənistan niyə narahatdır?
- Bakı axtarışda olan şəxsi Monakoya təhvil verdi
- Bakı Yunus Əmrə İnstitutuna yeni direktor təyin olundu
- İran generalından Azərbaycan mesajı
- Azərbaycan gəmiləri İranın sifarişi ilə həbs edilib?
- Bakının tələbinə İrəvandan qeyri-adekvat cavab