Sankt-Peterburq polisi şəhər sakinlərinə hücum edən və döyüşləri lentə alan yeniyetmələrdən ibarət qrupun üzvlərindən biri - 18 yaşlı Timur Muxtarovu saxlayıb.
BUTA.TV "Kommersant"a istinadən xəbər verir ki, saxlanılan Muxtarov hüquq-mühafizə orqanlarının əməkdaşlarına bildirib ki, o, davalarda iştirak etməyib, sadəcə olaraq, davanın videolarını Teleqram kanalında yerləşdirib.
Bundan əlavə, yeniyetmə özlərini "Azərbaycan mafiyası" adlandıran qrupun üzvlərini tanımadığını söyləyib.
Onun sözlərinə görə, bütün videoları ona 17 yaşlı Tural Məmmədov göndərib və o, sadəcə videoları kanala yerləşdirib.
Qeyd edək ki, Tural Məmmədov adlı azərbaycanlının adminlik etdiyi Teleqram kanalında dava videoları Rusiya cəmiyyətində böyük rezons doğurub. Videolarda bir qrup gəncin şəhər sakinlərinə hücum etdiyi, onlara xəsarət yetirməsi əks olunur. Faktla bağlı gənclərə qarşı xuliqanlıq (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsi) maddəsi ilə cinayət işi açılıb.
- COP29 iştirakçılarına akkreditasiya kartlarının verilməsi başlayır
- İş axtaranlar diqqət – 100 nəfər işə götürüləcək
- Bakıda piyadanın səbəb olduğu zərcirvari qəza... - Video
- Prezident sərəncam imzaladı
- Əmrullayev onlara yüksək vəzifə verdi
- "Tofaş"la avtoşluq edən sürücü həbs edildi
- Şəxsiyyət vəsiqəsinin surətini çıxarmaq olmaz - Ekspert
- Zakir Həsənov Mərakeşə getdi, saziş imzaladı