Qurbanlıq heyvan kəsimi və satışının sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq.
Bu barədə BUTA.TV-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bunlardan 76-da həm kəsim, həm satış, 27-də qurbanlıq heyvanların yalnız satışı, 31-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək.
Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək.
Ronaldonun komandası çempionluğu son saniyədə əldən verdi, tribunada dava düşdü - Video
Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları bu linkə daxil olmaqla əldə edə bilərsiniz.
- Azər Əhmədov işdən çıxarılması ilə bağlı paylaşım etdi
- Sabah bu rayonlarda qaz olmayacaq
- MEDİA jurnalistlər üçün müsabiqə elan etdi
- Saleh Səmədovun məhkəməsi başladı
- Qurban kəsmək üçün yerlərin - Siyahısı
- “General Hospital”da araşdırma başladı
- Xankəndi, Ağdərə və Xocalıda 644 obyekt icarəyə verildi
- Onlar da TƏBİB-də yeni vəzifəyə gətirildilər