Sabah bu rayonlarda qaz olmayacaq

16:00 - 13 May 2026 - GÜNDƏM

 Sabah bu rayonlarda qaz olmayacaq

Sabah Salyan və Hacıqabul rayonlarının bir sıra küçə və kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə BUTA.TV-a "Azəriqaz" İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Salyan şəhərinin M.F.Axundov, C.Cabbarlı, Ə.Quliyev (Plassmas massiv) küçələrinin və rayonun Arbatan, Qaraqaşlı, Cəngən, Beşdəli və Xocalı kəndlərinin, həmçinin Hacıqabul rayonunun Rəncbər və Qubalı Baloğlan kəndlərinin qaz təchizatında müvəqqəti dayandırılacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol