Bakıda fəaliyyət göstərən "Dr.Elnara” MMC-nin rəhbəri, tanınmış kosmetoloq Elnarə Ramiz qızı Rzayeva barəsində amnistiya aktının tətbiqi ləğv edilib.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsinin qərarında qeyd olunub.
Rzayevanın barəsində "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının tətbiq edilməsi və onun cəzadan azad olunması ilə bağlı Nərimanov Rayon Məhkəməsinin 13 yanvar 2026-cı il tarixli hökmü dəyişdirilib.
Belə ki, Rzayevanın cəzadan azad olunması ilə bağlı müddəlar hökmdən xaric edilib.
Paşinyanın qulağına pıçıltı ilə dediyi sözlər canlı efirə düşdü - Video
Elnarə Rzayeva aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğində vəsait tutulmaqla islah işləri cəzasına məhkum edilib.
Qeyd edək ki, bundan əvvəl Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Rzayeva Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinmişdi, ona islah işləri cəzası verilmişdi. Həmçinin onun əməlində Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından ona həmin maddə üzrə bəraət verilib.
Onu da əlavə edək ki, xüsusi ittihamçı Soltanova Rəna Rüfət qızı və təqsirləndirilən şəxs Rzayeva Elnarə Ramiz qızının müdafiəçisi Abbasov Asim Müşfiq oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməyib.
Xatırladaq ki, ötən il Bakı və Sumqayıtda "LBC” estetik kosmetoloji klinikaların idarəçiləri Rəna Rüfət qızı Soltanova və Nigar Rüfət qızı Rüfət kosmetoloq Elnarə Rzayevanı təhqir və böhtan xarakterli məlumatlar yaydığına görə məhkəməyə vermişdilər.
- Sabahın hava proqnozu açıqlandı
- Keçmiş hakimlər vəkil oldular - Foto
- “Koroğlu”dakı körpüdə aralanma təhlükəlidir? - Video
- Pensiya alanların nəzərinə!
- WUF13-də xarici ölkədən gələn könüllülər də iştirak edir
- Əlilliyi olan 44,6 min şəxsə reabilitasiya xidmətləri göstərilib
- Nəriman Axundzadə ABŞ klubunda 1 milyon maaş alır
- Sağlamlıq imkanları məhdud 42 şagird imtahan verəcək