Xəbər verdiyimiz kimi, müğənni Leyla Rəhimova və həyat yoldaşı Zaur Cəlil ayrılıb. Ailə qurduqdan sonra həyat yoldaşı ilə Amerikaya köçən Leyla uzun müddətdir ki, Bakıya qayıdıb.
BUTA.TV-nin məlumatına görə, "Günaydın, Azərbaycan" proqramına qonaq olan ifaçı ayrılıq səbəblərindən danışıb. Aktrisa Xuraman Əlizadə xəyanətdən danışıb, həyat yoldaşını bağışlamasını deyərkən Leyla "Bu addımı bir dəfə atmışam" cavabını verib.
"Rəsmi boşanma yoxdur. Xəbərin onun tərəfindən yayılması mənə pis təsir etdi. Çoxları nə olduğunu bilmir, artıq-əskik danışırlar. Bizim üç övladımız var, onların xətrinə bu olmamalı idi. Onun paylaşımından sonra barışıq olmasına inanmıram. Hər zaman ailəmi sənətdən öncə tutdum, amma yanlış etmişəm. Azərbaycana gələndə ayrılmamışdım. Valideynlərimi görməyə gəlmişdim. Sonra onun paylaşımını gördüm".
Proqram zamanı Zaura zəng edilib. O, ayrılmaq istəmədiyini söyləyib. Leyla isə onun danışmaqdan imtina edib.
Ronaldonun komandası çempionluğu son saniyədə əldən verdi, tribunada dava düşdü - Video
Qeyd edək ki, Zaur "Evliliyimizin yeddinci ilində ayrılmaq qərarına gəldik. Bu da son" deyə, o, paylaşımında yazıb.
Leyla tamaşaçılara "O səs Türkiyə" yarışmasından tanışdır. Leyla və Zaur 2016-cı ildə ailə qurub. Müğənninin həyat yoldaşı həm musiqi, həm də idmanla məşğul olur və uzun illərdir xaricdə yaşayır. Leyla da ailə qurduqdan sonra Amerikaya köçüb və sənətdən uzaqlaşıb. Cütlüyün 3 övladı var.
- Azər Əhmədov işdən çıxarılması ilə bağlı paylaşım etdi
- Sabah bu rayonlarda qaz olmayacaq
- MEDİA jurnalistlər üçün müsabiqə elan etdi
- Saleh Səmədovun məhkəməsi başladı
- Qurban kəsmək üçün yerlərin - Siyahısı
- “General Hospital”da araşdırma başladı
- Xankəndi, Ağdərə və Xocalıda 644 obyekt icarəyə verildi
- Onlar da TƏBİB-də yeni vəzifəyə gətirildilər