Araxis və ya yerfındığı ərzaq yağı almaq üçün əkilib becərilir. Onun tərkibində 60%-ə qədər yağ və 35%-dən çox zülal var. Ondan hazırlanan əzmə də orqanizm üçün bir çox faydalıdır.
BUTA.TV yerfındığı əzməsinin fayda və zərərlərini təqdim edir: Mükəmməl protein mənbəyi olan yerfındığı əzməsi böyük enerji mənbəyidir. Tərkibində B6 vitamini və kalium olan bu qida immunitet sisteminin güclənməsinə kömək olur. Bundan əlavə, o, tərkibində yüksək miqdarda doymamış yağ ehtiva edir. Bu yağ ikinci tip diabetə qarşı mühüm qoruyucudur və qan şəkərini tarazlaşdırır.
Yerfındığı əzməsində A, B1, B2, C və E vitaminləri, həmçinin kalsium, dəmir, mis, maqnezium və kalium var. Bu səbəbdən çox güclü antioksidantdır. Bədəni xəstəliklərdən qoruduğu kimi, daxili orqanları da qoruyur.
Ağciyərdə yarana biləcək infeksiya və iltihab kimi problemləri aradan aldırmağa kömək edir, sinəni yumşaldır və ağrıları aradan qaldırır.
Ronaldonun komandası çempionluğu son saniyədə əldən verdi, tribunada dava düşdü - Video
Bəlğəmgətirici kimi də istifadə edilən yerfındığı əzməsi, öskürək zamanı yeyilərsə, öskürəyi aradan qaldırmağa kömək edir.
Yerfındığı əzməsinin zərərləri:
Bu əzmənin həddən artıq yeyilməsi ciddi risklər və sağlamlıq problemlərinin yaranmasına gətirib çıxara bilər. Buna görə də ehtiyyatla yemək məsləhətdir.
Hamiləlik zamanı çox istifadə olunarsa, bu körpəyə zərər verər və allergik reaksiyalar yarada bilər. Digər qidalar kimi yerfındığı əzməsi də nəzarətli şəkildə istifadə olunmalıdır.
- WUF13 Sərgisi Forum tarixinin ən böyük sərgisi olacaq
- Prezident fərman imzaladı
- “Nar” inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi
- Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verildi
- Məşhur generalın xanımı vəkilliyə başladı
- General Əlixanovun xanımı da vəkilliyə başladı
- “Kalyon” şirkətinin filial rəhbəri məhkəmə qərarı ilə cəzalandırıldı
- Bakıdan Qəbələ və Ağstafaya əlavə qatar reysləri təyin edildi