Azərbaycan yığması AVRO-2024-ün seçmə mərhələsində ilk qələbəsni Estoniyada qazandı. Yerli komandanın qonağı olan millilərimiz 3 xalı iki cavabsız qolla əldə etdi.
Toral Bayramov və Ramil Şeydayev elə ilk hissədə matçın müqəddəratını müəyyənləşdirdi. Nəticə və sərgilənən oyun AFFA prezidenti Rövnəq Abdullayevin ürəyincə olub. Federasiya başçısı səfərə çıxmasa da, futbolçuları ikiqat mükafatlandırmaqla bağlı göstəriş verib. Odur ki, əsas heyətdə meydana çıxanların hər birinin 30 min manat irəli düşməsi gözlənilir.
Məbləğin hamısını AFFA ödəməyəcək. Bir hissəsi qurumun, bir hissəsi də Abdullayevin bz büdcəsindən ayrılacaq. - Sportinfo.az
- WUF13 Sərgisi Forum tarixinin ən böyük sərgisi olacaq
- Prezident fərman imzaladı
- “Nar” inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi
- Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verildi
- Məşhur generalın xanımı vəkilliyə başladı
- General Əlixanovun xanımı da vəkilliyə başladı
- “Kalyon” şirkətinin filial rəhbəri məhkəmə qərarı ilə cəzalandırıldı
- Bakıdan Qəbələ və Ağstafaya əlavə qatar reysləri təyin edildi